media-1578956623_418122193

Osakücə kəndi Lənkəran şəhərindən 17 km qərbdə, Lənkəran-Boradigah yolunda, Talış dağlarının ətəyində, Veravulçayın sahilində yerləşən yaşayış məntəqəsidir.

ERAmedia-nın “Yurdum, yuvam məskənimsən” rubrikasında bu dəfə Lənkəran şəhərinin Osaküçə kəndindən söhbət açacağıq.

Kəndin ilkin adı “Osyokucə” (Osyokujə) olub. “Osyo” Talış dilində – dəyirman, “kucə” isə – məhəllə, kənd mənasını ifadə edir. Azərbaycan dilinə tərcümədə bu ad “dəyirman məhəlləsi” və ya “dəyirman olan məhəllə” mənasını verir.  Görünür kənddə Veravulçayın üstündə su dəyirmanı olduğundan o, belə adlandırılıb və həmin su dəyirmanının izləri bu gün də qalmaqdadır.

Kəndin əhalisi, əsasən, çayçılıq, sitrusçuluq və heyvandarlıqla məşğuldur.

1915-ci ilə aid olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Osakücə kəndində 45 nəfər yaşayıb. 2017-ci ilin statistik məlumatına görə, bu kənddə 807 nəfərin yaşadığı qeyd olunub.

İllər keçdikcə toponim öz mənasını dəyişərək Osakücə kimi formalaşıb.

 


media-adspc

Bənzər xəbərlər