Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlanıb
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.
ERAmedia-ya bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Faris Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən 9 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.









