Lerikdə ildırım 21 yaşlı gənci öldürüb
Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb.
ERAmedia-nın məlumatına görə, hadisə rayonun Laman kəndində baş verib.
Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. (Report)









