Lerikdə zəlzələ olub
Lerik rayonunda zəlzələ baş verib.
ERAmedia-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan verilən məlumata görə, yeraltı təkanlar
Yardımlı stansiyasından 23 kilometr cənub-şərqdə qeydə alınıb.
Yerli vaxtla saat 16:03-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.
Zəlzələnin ocağı 19 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss edilməyib.










