Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında olub.
ERAmedia xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yaşıllaşdırma işləri, həmçinin IDEA İctimai Birliyi tərəfindən icra edilən ekoloji layihələrlə tanış olub.
Leyla Əliyeva bildirib ki, gənc nəslin ekoloji maarifləndirilməsi, nadir bitki növlərinin qorunması və paytaxtın yaşıl fondunun zənginləşdirilməsi bu gün əsas prioritetlərdəndir.
O, bununla bağlı instaqram hesabında paylaşım edib.