media-ads-728x90
media-17563943794507943924_1200x630
media-ads-728x90

Avqustun 28-də Heydər Əliyev Fondu tərəfindən Şamaxının İkinci Cabanı və Böyük Xınıslı kəndlərində inşa olunan körpələr evi-uşaq bağçalarının açılışı olub.

ERAmedia xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Leyla Əliyeva körpələr evi-uşaq bağçalarının otaqları ilə tanış olub, uşaqlar üçün yaradılan şəraitə baxış keçirib.

Bildirilib ki, hər iki bağça kəndlərin mərkəzində yerləşir. Müasir və tam təchizatlı körpələr evi-uşaq bağçalarında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı, yeməkxana və digər inzibati, texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisələri zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçaların həyətyanı ərazilərində yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.

İkinci Cabanı kənd körpələr evi-uşaq bağçasının rəhbəri Töfə Bəşirova jurnalistlərə açıqlamasında bildirib ki, bağça 41 ildir fəaliyyət göstərsə də, heç vaxt bu cür şərait olmayıb: “Köhnə bağça yararsız vəziyyətə düşdüyündən fərdi evdə fəaliyyət göstərirdik. Heydər Əliyev Fonduna müraciət etdik, qısa müddət ərzində yeni bağça inşa olunub təhvil verildi. Sabahdan yeni bağçada uşaqları qəbul edə biləcəyik. Yeni bağçada 1-3, 4-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Qonşu kəndlərdən də bağçamıza müraciətlər var. Uşaqlarımız üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığımızı bildiririk”.

Leyla Əliyeva daha sonra Şamaxıda və Ağsuda bir neçə ailəni ziyarət edib.

 


media-ads-728x90

Bənzər xəbərlər