media-videoedited
media-download
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Dağıstanda leysandan sonra Mahaçqala, Dərbənd və Kaspiysk şəhərlərində genişmiqyaslı daşqınlar baş verib.

ERAmedia bu barədə “Ateo Breaking” “Telegram” kanalına istinadla xəbər verir. Təbii fəlakət nəticəsində regionda elektrik təchizatında ciddi problemlər yaranıb. Mahaçqalada avtomobil hərəkəti əhəmiyyətli dərəcədə çətinləşib, bir sıra yaşayış binaları da selə qərq olub – su pəncərələrdən birbaşa evlərin içərisinə sızıb.

O da qeyd olunur ki, su səviyyəsi azaldığı yerlərdə kommunal xidmətlərin təmir briqadaları təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün intensiv işlər aparırlar.

 

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər