Leysandan sonra “İnşaatçılar”ı su basdı - VİDEO
Ötən gündən etibarən aramsız yağan yağışlar Bakının müxtəlif ərazilərində fəsadlar törədib.
ERAmedia “Qafqazinfo” -ya istinadən xəbər verir ki, yağış səbəbindən paytaxtın bəzi yerlərində subasmalar olub.
Ən acınacaqlı vəziyyətlərdən biri metronun “İnşaatçılar” stansiyasının ətrafında – Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, eniş-yoxuşlu ərazidən axan yağış suları küçənin hərəkət hissəsinə və səkilərə dolub həmçinin pilləkənlərdə hərəkəti çətinləşdirib.
Həmin görüntüləri təqdim edirik:










