media-reqemsal-mekteb-platformasi-fealiyyete-baslayir-jurnallar-legv-olunur

Mediatrends Global yeni mərhələyə qədəm qoyub.

ERAmedia xəbər verir ki, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Mediatrends platformasının inkişafında yeni mərhələnin başladığını açıqlayıb.

Osman Gündüz bildirib ki, Mediatrends ilkin olaraq lokal media monitorinqi və analitika platforması kimi yaradılıb. Daha sonra platformanın əhatə dairəsi genişləndirilərək yaxın regionun 8 ölkəsinə çıxış təmin edilib və Mediatrends regional platformaya çevrilib.

Onun sözlərinə görə, hazırda platformanın inkişafında növbəti mərhələ başlayıb və Mediatrends Global artıq 52 ölkə və 44 dil üzrə AI əsaslı media monitorinqi və analitika imkanları təqdim edir.

Osman Gündüz qeyd edib ki, bu müddət ərzində təkcə platformanın coğrafi əhatəsi genişlənməyib:

“Platformaya çoxsaylı AI əsaslı xidmətlər, AI Agent, Strateji və PR analitikası, Böhran və Gündəm radarları, Media Nəbzi, Media Marşrutu, Media Barometri və digər analitik imkanlar əlavə olunub.”

Multimedia Mərkəzinin direktoru vurğulayıb ki, Mediatrends addım-addım lokal monitorinq platformasından regional, daha sonra isə qlobal AI əsaslı media analitika platformasına çevrilib.

“Görüləsi işlər hələ çoxdur. Amma Mediatrends Global artıq hazırdır”, – deyə Osman Gündüz bildirib.

Əli Fərhad

 


media-adspc

Bənzər xəbərlər