Lökbatanda anlaşılmazlıq yaradan yol nişanı problemi - VİDEO
Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən sürücülər yolda çətinlik yaşadıqlarını bildirirlər.
ERAmedia xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar qeyd ediblər ki, ərazidə yol nişanının olmaması sürücülər arasında çaşqınlıq yaradır. Baku TV-nin əməkdaşı məsələni araşdırmaq üçün həmin ərazidə olub.
Məlum olub ki, dairəni bildirən nişan yolun bir tərəfində, Lökbatan qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən sürücülər üçün quraşdırılıb. Lakin digər istiqamətdən, yəni “Meyvəli” Ticarət Mərkəzi tərəfdən Lökbatan istiqamətinə gedən sürücülər üçün belə nişan yoxdur.
Sürücülər bildiriblər ki, xüsusilə pik saatlarda ərazidə nəqliyyat sıxlığı yaranır və hərəkət zamanı xaotik vəziyyət müşahidə olunur. Onların sözlərinə görə, nişanın olmaması səbəbindən bəzi sürücülər hansı nəqliyyat vasitəsinin üstünlüyə malik olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.









