media-17785568923985340486_1200x630

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

ERAmedia xəbər verir ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, hazırda Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.


media-adspc

Bənzər xəbərlər