Lukaşenko vəzifəsindən gedir?
Belarusun lideri Aleksandr Lukaşenko özünü “gedən” prezident adlandırıb və rəhbərliyi dövründə yaranmış problemləri yeni nəsillərin üzərinə yükləmək istəmədiyini bildirib.
ERAmedia xəbər verir ki, bu barədə o, “Newsmax TV” telekanalına müsahibəsində deyib.
“Mən gedən prezidentəm, bunu tez-tez deyirəm və istəmirəm ki, mənim ölkəyə rəhbərlik etdiyim dövrdə yaranmış problemlər yeni nəsillərin üzərinə düşsün”, – deyə Lukaşenko vurğulayıb. O, Minsk və Vaşinqton arasında münasibətləri normallaşdırmaq istədiyini bildirib və ABŞ prezidenti Donald Trampı 2020-ci ildə ABŞ və digər Qərb ölkələrinin Belarusda anti-hökumət etirazlarını dəstəkləməsi nəticəsində yaranmış fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.
“Hər nəsil öz problemlərini özü həll etməlidir. Bizim nəslin (Trampın da, Lukaşenkonun da) problemləri var və biz onları özümüz həll etməliyik”, – deyə Belarus prezidenti əlavə edib.
Lukaşenko, həmçinin Vaşinqtonun 2020-ci ildə Belarusdakı etirazlara dəstək verməklə uduzduğunu və bunu etiraf etməli olduğunu bildirib.
Qeyd edək ki, Lukaşenko may ayında hakimiyyətdə “bir qədər ləngidiyini” deyərək, gənc idarəçi nəslinin hazırlanması üçün buna ehtiyac olduğunu açıqlamışdı. Avqust ayında isə növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmadığını bəyan edib.
Vural









