media-0ea0e560-2f20-4e75-b5a4-6da7e7aaa4de
Sumqayıtda “LUMİNA” Erkən İnkişaf və Psixoloji Nitq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kompleks xidmətlər təqdim olunur.
ERAmedia xəbər verir ki, Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını dəstəkləmək məqsədilə fəaliyyət göstərir.
İki əsas istiqamət üzrə xidmət təqdim edir:
Günlük Yaşam Xidməti və Erkən İnkişaf Xidməti.
Günlük Yaşam Xidməti çərçivəsində uşaqlar gün ərzində 4 dəfə qidalanma ilə təmin olunur (səhər, günorta, axşam və ara yemək). Qidalar gigiyenik şəraitdə, təzə və keyfiyyətli məhsullardan hazırlanır, paket qidalardan və mənşəyi məlum olmayan yağlardan istifadə edilmir.
Hər bir uşaq üçün həftəlik fərdi proqram tərtib olunur.
Bu proqram çərçivəsində:
3 seans loqoped xidməti,
3 seans psixoloq xidməti,
3 seans duyusal inteqrasiya (duyu bütünləmə),
3 seans günlük yaşam bacarıqları üzrə məşğələlər təşkil edilir.
Seanslardan əlavə olaraq, uşaqların sosial və emosional inkişafını dəstəkləmək məqsədilə qrup terapiyaları, art terapiya, musiqi terapiyası, inkişafetdirici oyunlar, cizgi film saatları və açıq hava fəaliyyətləri həyata keçirilir.
Erkən İnkişaf Xidməti erkən uşaqlıq dövrünü (0–6 yaş) əhatə edir. Bu proqram çərçivəsində uşaqların nitq, diqqət, zəka və təfəkkür bacarıqlarının formalaşdırılması istiqamətində kompleks fəaliyyətlər həyata keçirilir. Proqrama ana dili və nitqin inkişafı, intellektual oyunlar, qrup və musiqi terapiyaları, eləcə də açıq hava məşğələləri daxildir. Uşaqlar bu müddətdə gündə 4 dəfə qidalanma ilə təmin olunur.
Bundan əlavə, mərkəzdə baxça xidməti də fəaliyyət göstərir. Uşaqlar mərkəzə daxil olduqları andan etibarən peşəkar mütəxəssislərin nəzarəti altında olur və yaşlarına uyğun inkişaf proqramlarına cəlb edilirlər. Mərkəzdə daimi fəaliyyət göstərən psixoloq və loqopedlər uşaqların inkişafını mütəmadi olaraq izləyir və qiymətləndirir.
Mütəxəssis dəstəyi:
•Psixoloq
•Psixo-pedaqoq
•Defektoloq-loqoped
•Reabilitoloq
•Refleksoloq
Terapiya xidmətləri:
•Duyu bütünləmə
•Mbt
•Art terapiyası
•Oyun terapiyası
•Masaj
İnkişaf və təhsil proqramı:
•Erkən inkişaf
•Məktəbəqədər hazırlıq
•Oyun əsaslı öyrənmə
•Nitq və zehni inkişaf
•Diqqət və əl bacarıqları
•Sosial-emosional inkişaf
Günlük yaşam proqramı:
•Özünə xidmət bacarıqları
•Sosiallaşma
•Günlük yaşam bacarıqları
•Qidalanma
•Təmiz havada gəzinti
•Dayə xidməti
•Onlayn izləmə
Qayğıkeş və peşəkar müəllim heyəti: Sevgi, güvən və inkişaf bir arada.
Ünvan: Sumqayıt şəhəri 4 mkr, 6k, A.Quliyev, (077)207-27-28

 

Mələk Onur

 

 


media-adspc

Bənzər xəbərlər