Magistral yolda saatda 187 ilə sürüb - Video
Sürücü magistral yolda sürət həddini kəskin şəkildə artıraraq təhlükəli vəziyyət yaradıb.
ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, həmin anları videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Belə ki, BYD markalı avtomobilin sürücüsü sürət həddini saatda 187 km/saata çatdırıb. Onun bu hərəkəti geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılır: “Sürücü barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi təmin olunacaq”.
Sözügedən görüntüləri təqdim edirik:









