media-1694847867-1662711324_1647087005_1438165809_imtahan-2

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb.

ERAmedia-nın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, magistraturaya qəbul üzrə ixtisas seçimi bu gün saat 13:00-dək davam edəcək.

Məlumat üçün bildirək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, 15 633 bakalavr ixtisaslaşma seçimini təsdiqləyib. Onlardan 14 251 nəfər Azərbaycan bölməsi, 1 382 nəfər isə rus bölməsi üzrə seçim edib.

İxtisaslaşmasını hələ təsdiqləməyən və seçim etməyən namizədlər bunu 27 iyul saat 13:00-dək edə bilərlər.


media-adspc

Bənzər xəbərlər