Makaron SALATI
- DADLI TAM İLƏ
Tərkibi:
250 q makaron
1 ədəd pomidor
1 kiçik xiyar
3 xörək qaşığı qarğıdalı
80–100 q pendir (kub şəklində doğranmış)
2 xörək qaşığı zeytun yağı
Bir az duz
Hazırlanması:
Makaronu duzlu suda qaynadın və sonra süzüb soyudun. Pomidor və xiyarları xırda doğrayın.
Böyük qabda makaronu, tərəvəzləri, qarğıdalını və pendiri qarışdırın. Üzərinə zeytun yağı və duz əlavə edib yenidən qarışdırın. Zövqə görə göyerti səpin. NUŞ OLSUN!
Tamilla Manaf









