media-whatsapp-image-2026-10-01-at-12-45-32

“Mançester Yunayted”in sabiq müdafiəçisi Kris Smollinq karyerasını “Portu”da davam etdirəcək.

ERAmedia xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Sazişdə müqavilənin daha bir il uzadılması ilə bağlı bənd də yer alıb. Smollinq Portuqaliya klubuna azad agent kimi qoşulub.

Futbolçunun son klubu Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandası olub. Onun bu klubla müqaviləsi 2026-cı il iyulun 1-də başa çatıb.

Smollinq 2010-2020-ci illərdə “Mançester Yunayted”in formasını geyinib. O, İngiltərə klubunun heyətində 323 matçda meydana çıxıb və 18 qol vurub.

“Transfermarkt” portalı futbolçunun hazırkı transfer dəyərini 1 milyon avro qiymətləndirir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər