“Mançester Yunayted” yeni stadion üçün torpaq sahəsi alıb
İngiltərənin “Mançester Yunayted” komandası 100 min tamaşaçı tutumuna malik yeni stadionun tikintisi istiqamətində mühüm addım atıb.
ERAmedia xarici mətbuata istinadla xəbər verir ki, klub “Old Trafford” stadionunun yaxınlığında yerləşən 25 akrlıq torpaq sahəsini satın alıb. Bu razılaşma klubun layihə üçün tələb olunan ərazilərin böyük hissəsinə nəzarət etməsinə imkan verib.
Bildirilib ki, yeni stadionun tikintisi üçün əvvəlcədən nəzərdə tutulan bəzi alternativ variantlarla bağlı danışıqlar nəticəsiz qalıb. Buna baxmayaraq, son torpaq alqı-satqısı layihənin davam etdirilməsinə şərait yaradıb. İlkin planlarda arenanın 2030-cu ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, bu müddətin uzanacağı gözlənilir.
Hazırda 2 milyard funt sterlinq dəyərində qiymətləndirilən layihənin 2035-ci ildən əvvəl tamamlanması planlaşdırılır. Yeni arena 100 min tamaşaçı tutumu ilə Böyük Britaniyanın ən böyük klub stadionu olacaq.









