media-1781070960_1749533178_whatsapp_image_2025_06_09_at_235050_1749498703

“Manşet.az” xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.

ERAmedia xəbər verir ki, sayt ölkədə və dünyada baş verən ictimai-siyasi prosesləri, aktual hadisələri operativ şəkildə oxuculara çatdırır. Portalda siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət və idman mövzularını əhatə edən bölmələr fəaliyyət göstərir.

Gündəmin nəbzini tutan xəbərləri, özəl açıqlamaları və maraqlı müsahibələri ilə seçilən “Manşet.az” təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də izlənilir.

Qeyd edək ki, “Manşet.az” xəbər portalının təsisçiləri jurnalistlər Famil Fərhadoğlu və Əli Vəliyevdir.


media-adspc

Bənzər xəbərlər