media-17874848541756322914_1200x630

“Bavariya”nın qapıçısı Manuel Noyer tarixdə ən çox titul qazanan almaniyalı futbolçu olub.

ERAmedi xəbər verir ki, qolkiper bu uğura ötən gün Almaniya Superkuboku uğrunda qarşılaşmada imza atıb.

“Bavariya”nın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda start heyətində meydana çıxan 40 yaşlı qapıçı 36-cı titulunu qazanıb. Bununla da keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq Almaniya futbolunun tarixinə düşüb.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ilin iyulundan “Bavariya”nın formasını geyinir. Münxen klubu ilə 13 dəfə Almaniya çempionu olan qapıçı 2 dəfə Çempionlar Liqasında, 2 dəfə isə UEFA Superkubokunda qələbə sevinci yaşayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionluğunu da qazanıb. Noyer 2024-cü ildə yığmadakı karyerasını başa vurduğunu açıqlasa da, 2026-cı il dünya çempionatında iştirak etmək üçün milli komandaya qayıdıb. Lakin turnir Almaniya yığması üçün uğursuz alınıb. Komanda 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.


media-adspc

Bənzər xəbərlər