media-17899936833016837301_1200x630

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun İsgəndərli qəsəbəsində Taleh Seyran oğlu Rəsulova məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Füzuli İbrahim oğlu Paşayevə məxsus toyuq kəsimi sahəsində yoxlama keçiriblər.

ERAmedia-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.

Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.


media-adspc

Bənzər xəbərlər