Masazırda naməlum şəxslər peyda olub
Masazır qəsəbəsində son aylarda məhəllələrdə naməlum şəxslərin görünməsi, gecə saatlarında baş verən şübhəli hərəkətlər sakinləri narahat edir.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, ərazi nəzarətə götürülüb:
“Ərazi üzrə daxil olan müraciətlər qeydə alınıb, müvafiq tapşırıqlar verilib. Araşdırma aparılır”.









