Mayın 8-i qısa iş GÜNÜDÜR
Azərbaycanda sabah qısaldılmış iş günü olacaq.
ERAmedia xəbər verir ki, 9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar olaraq, 8 may ölkə üzrə qısaldılmış iş günü hesab ediləcək.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır.
Bu səbəbdən dövlət və özəl müəssisələrdə 8 may tarixində iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.
Qeyd edək ki, 9 May bu il şənbə gününə təsadüf etdiyindən, qanunvericiliyə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü hesab olunacaq.









