Sakinlər antisanitar vəziyyətdən ŞİKAYƏT ETDİLƏR - VİDEO | Azərbaycan milli mətbuatı şərəfli mərhələlərdən keçib - ŞƏRH | Zelenski Sırskini vəzifəsindən azad etdi | İran Bolqarıstanı ABŞ-nin hərbi əməliyyatlarına dəstək verməməyə çağırıb - Media | Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür | İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq | Quterreş Suriyaya səfərə gəlir | Musa Əliyev küçəsində hərəkət məhdudlaşdırılacaq | “Sabah” Finlandiya klubunu məğlub edib | Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq - ŞƏRH | Nadir bitki növləri və etnobotaniki irslə bağlı tədqiqatın nəticələri açıqlanıb | Delimitasiyası nəticəsində Qırğızıstanın ərazisi genişlənib | Paytaxtda bu stadionun ot örtüyü yenilənir | Türkiyədə yeni siyasi partiya qurulub | Ailə kəndli təsərrüfatlarına dəstək layihəsinə start verilib | Endi Börnhem Kabinetinin ilk iclasını keçirdi | Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları müəyyənləşib - QƏRAR | Sabah zəif geomaqnit qasırğası gözlənilir | Pezeşkian yanlış şərh verənləri tənqid etdi | İspaniyada istilərlə bağlı xəbərdarlıq elan olunub
media-img_8109
2026-cı ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetində regionun ən böyük və ən müasir Kibertəhlükəsizlik Laboratoriyasının açılış mərasimi keçirilib. Laboratoriyanın istifadəyə verilməsi münasibətilə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti universitetdə olub.

ERAmedia xəbər verir ki, tədbirdə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sosial sərmayələr fəaliyyətinin rəhbəri Xalid Rəcəbov, Azərbaycanda sosial sərmayələr üzrə menecer Babək Həmidov, sosial sərmayələr və sponsorluq fəaliyyəti üzrə müşavir Rəna Həsənova, sosial sərmayələr fəaliyyəti üzrə koordinator Cəmilə Sultan, universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər.

Qonaqları salamlayan MDU-nun rektoru Anar Eminov universitetdə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, mühəndislik və informasiya texnologiyaları istiqamətində aparılan islahatlar, eləcə də əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadr hazırlığı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Rektor son illərdə MDU-da informasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində təhsil alan tələbələrin sayında müşahidə olunan davamlı artımın bu sahəyə olan yüksək marağın göstəricisi olduğunu vurğulayıb.

Anar Eminov bildirib ki, müasir texnologiyalar əsasında yaradılmış yeni laboratoriya tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, real kiberhücum ssenarilərinin təhlili və idarə olunması üzrə təcrübə qazanmasına, eləcə də beynəlxalq standartlara uyğun kompetensiyalar əldə etməsinə geniş imkanlar yaradacaq. Rektor bp və tərəfdaşlarına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edərək, layihənin universitet-sənaye əməkdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib.

Daha sonra çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycanın ali təhsil müəssisələrində müasir İKT infrastrukturu və Kibertəhlükəsizlik laboratoriyalarının yaradılması” layihəsinin əhəmiyyətindən bəhs edib. O, layihənin Azərbaycanın ali təhsil sistemində rəqəmsal bacarıqların inkişafına, kibertəhlükəsizlik sahəsində peşəkar insan kapitalının formalaşmasına və ölkənin texnoloji dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

MDU-nun layihənin həyata keçirilməsində xüsusi rol oynadığını, dəstək göstərdiyini vurğulayan Bəxtiyar Aslanbəyli universitetdə yaradılmış innovativ mühitin region gənclərinin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. O, səfərin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz-kondensat yatağının və “Əsrin müqaviləsi” çərçivəsində işlənilən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun fəaliyyətinin 30 illik yubileyi ərəfəsinə təsadüf etməsini xüsusi vurğulayaraq, bp-nin Azərbaycanda təhsil, insan kapitalının inkişafı və sosial sərmayə layihələrinə verdiyi dəstəyin uzunmüddətli tərəfdaşlıq fəlsəfəsinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Sonra bp nümayəndə heyəti laboratoriyada yaradılmış müasir texnoloji infrastrukturla yaxından tanış olub. Qonaqlara laboratoriyada quraşdırılmış avadanlıqların texniki imkanları, tədris və tədqiqat prosesində tətbiqi, eləcə də tələbələrin kibertəhlükəsizlik sahəsində praktiki hazırlığının təşkili barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti tərəfindən laboratoriyada formalaşdırılan müasir tədris mühiti yüksək qiymətləndirilib, bu cür təşəbbüslərin ölkədə rəqəmsal bacarıqların inkişafına və əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasına mühüm töhfə verdiyi vurğulanıb. Qonaqlar tələbələrin nümayiş etdirdikləri praktiki layihələr və laboratoriyanın imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda qonaqlar laboratoriyanın universitetin elmi-tədqiqat potensialının gücləndirilməsi, rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və ölkənin kibertəhlükəsizlik ekosisteminə töhfə verəcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

  • MDU-da regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub - FOTOLAR
  • MDU-da regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub - FOTOLAR
  • MDU-da regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub - FOTOLAR
  • MDU-da regionun ən böyük Kibertəhlükəsizlik Laboratoriyasının açılışı olub - FOTOLAR

media-adspc

Bənzər xəbərlər

media-banner-voyage-160-desktop