media-17619260755647116115_1200x630
media-bant_master

Mingəçevir Dövlət Universitetində (MDU) turizm ixtisasında təhsil alan tələbələr üçün yeni yaradılmış “Tourism Skills Lab” laboratoriyasının açılışı keçirilib.

ERAmedia-nın məlumata görə, universitetin rektoru Anar Eminov, “Gabala Hospitality Group” şirkətinin insan resursları üzrə qrup direktoru Babək Müzəffərov, eləcə də universitetin professor-müəllim heyəti laboratoriya ilə tanış olublar. Bildirilib ki, yeni laboratoriya “Tayla” şirkətinin “ElektraWeb”, həmçinin “Opera”, “HBO” və digər sahəvi proqramların öyrənilməsi məqsədilə yaradılıb. Bu laboratoriyanın yaradılması Türkiyə universitetlərində keçirilmiş müzakirələrə əsasən qərara alınıb. Bundan başqa, magistratura tələbələri üçün “Hotel Back Office” adlı proqram hotel inzibatçılığı üzrə ümumi mühasibatlıq, analitik hesabat və PMS inteqrasiyasını təmin edən sistemləri öyrənmək imkanı yaradacaq. Laboratoriyanın yaradılmasında əsas məqsəd turizm sahəsində təhsil alan tələbələrin praktik bilik və bacarıqlarını artırmaq, onları gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə yönləndirməkdir.

Laboratoriyada artıq atelye sisteminə uyğun olaraq qonaqların qəbulu və məlumatların idarə olunması istiqamətində proqram təminatı quraşdırılıb. Bu proqram vasitəsilə tələbələr qonaqların hoteldə qeydiyyatından başlayaraq göstərilən xidmətlərin avtomatlaşdırılmış şəkildə idarə olunmasına qədər olan bütün mərhələləri praktiki olaraq öyrənəcəklər. Laboratoriya vasitəsilə türkiyəli mütəxəssislər tərəfindən müəllimlərə noyabrın 17-dən etibarən hibrid formatda təlimlər keçiriləcək.

Qeyd edək ki, “Tayla” şirkəti ilə Türkiyədə imzalanmış memorandum əsasında tələbələr bu proqram vasitəsilə hotellərin bronlaşdırılması, göstərilən xidmətlər və rezervasiya proseslərini birbaşa öyrənə biləcəklər. Yeni laboratoriyanın fəaliyyəti turizm ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli və yüksəkixtisaslı kadr kimi formalaşmasına mühüm töhfə verəcək.


media-adspc

Bənzər xəbərlər