media-17ba42dd-ec10-4bb9-ade9-ee748cbeb4aa

Mingəçevir Dövlət Universitetində “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirilib. Layihə MDU-nun yeni “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyası çərçivəsinə uyğun olaraq təşkil olunub.

ERAmedia xəbər verir ki, təqdimat mərasimində rektor Anar Eminov, Gənclər və İdman naziri Fərid Qayıbov, AzVİF-in vitse-prezidenti Fikrət Hüseynov, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbəri Azad Gözəlov və Mingəçevir şəhər Təhsil Sektorunun rəhbər şəxsləri və nümayəndələri, eləcə də MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar, şəhərin ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə reallaşdırılan layihə çərçivəsində 70 velosiped universitetə təqdim edilib.

Layihə çərçivəsində seçilmiş 70 fəal qız tələbəyə velosipedlər təqdim olunub. Həmin tələbələr sentyabr ayından start götürmüş seçim turundan etibarən müxtəlif maarifləndirmə təlimləri, velosürüş kursları və turlarda iştirak edərək təkmiləşdiriliblər.

Layihənin əsas məqsədi tələbələrimizi fiziki aktivliyə cəlb etmək, gender bərabərliyini qorumaq, sağlam həyat tərzini təşviq etmək və kampusda ekoloji şüuru gücləndirməkdir.

Dünya təcrübəsindən öyrənərək, MDU-da region səviyyəsində uğurlu və davamlı veloinfrastruktur yaradırıq.

Qeyd edək ki, “Velo Park” layihəsi MDU-da sağlam, yaşıl və aktiv kampus hərəkatının başlanğıc nöqtəsidir.

 


media-adspc

Bənzər xəbərlər