media-1756113915_1728474380_lachib

“Əhalinin “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıtması bir sıra qanunvericilik aktlarına yenidən baxılmasını zəruri edir”.

ERAmedia xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovdeyib.

O bildirib ki, mövcud qanunvericilik aktlarına əlavələrin, dəyişikliklərin edilməsi, zərurət yarandıqda isə yeni qanunların qəbul olunması qaçılmazdır:

Məcburi köçkün statusu və mənzil hüquqları: Hansı dəyişikliklər gözlənilir?

“Bu baxımdan, Milli Məclisə mövcud qanunvericiliyə, o cümlədən Mənzil Məcəlləsinə, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna və digər qanunvericilik aktlarına geniş əlavələr və dəyişikliklər təklif olunur. Burada əsas məqsəd məskunlaşan əhalinin mənzil üzərində mülkiyyət hüquqlarının tənzimlənməsidir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə mövcud mənzil fondunun idarəolunması ilə bağlı məsələlər də nəzərdən keçirilir. Mənzillərin hansı qaydada veriləcəyi, vətəndaşlara hansı statusla təqdim ediləcəyi, mülkiyyət hüququnun necə tanınacağı kimi məsələlər bu dəyişikliklərin əsas istiqamətlərini təşkil edir”.

Onun sözlərinə görə, digər mühüm məqam məcburi köçkün statusu ilə bağlıdır:

“Vətəndaşlar öz doğma torpaqlarına qayıtdıqca onların məcburi köçkün statusu aradan qalxır. Lakin həmin şəxslərin müəyyən müddət ərzində sosial dəstəyə ehtiyacı qalır. Buna görə də statusun mərhələli şəkildə ləğvi zamanı hansı sosial güzəştlərin və dəstək mexanizmlərinin tətbiq ediləcəyi, onların müddəti və şərtləri də qanunvericilikdə öz əksini tapmalıdır. Bundan əlavə, qayıdan əhalinin sosial inteqrasiyası, yeni mühitə uyğunlaşması, səhiyyə və təhsil xidmətlərindən istifadəsi, məşğulluğunun təmin olunması kimi məsələlər də xüsusi əhəmiyyət kəsb edir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin ərazilərdə aktiv məşğulluq proqramları həyata keçirir. Bununla belə, görünür ki, əlavə tədbirlərə də ehtiyac olacaq.

Xüsusilə kənd təsərrüfatı ilə məşğul olmaq istəyən əhali üçün torpaq münasibətlərinin tənzimlənməsi, əkinçilik, heyvandarlıq və digər fəaliyyət sahələri üzrə hüquqi mexanizmlərin yaradılması vacib məsələlərdəndir.

Bütün bu istiqamətlər üzrə hüquqi tənzimləmələrin həyata keçirilməsi nəzərdə tutulur”.


media-adspc

Bənzər xəbərlər