Mədəni irsimiz: Örənqala torpaq altında qalmış şəhər
Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseydə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyyə yardımı ilə “Qaydış”İctimai Birliyinin təşkil etdiyi “Mədəni irsimiz: Örənqala torpaq altında qalmış şəhər” adlı layihəsinin təqdimat mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, mərasimdə Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliliyi, ərazi bütövlüyü və torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Qaydış” İctimai Birliyinin sədri Şamxal Rəhimov Layihə çərçivəsində hazırlanış katoloq kitabça və ona uyğun vidiomateriallardan danışıb.
Əməkdar müəllim, Prezident təqaüdçüsü Səxavət Tağlar, AMEA-nın Arxeologiya və Antrapologiya İnstitutnun əməkdaşları – tarix elmləri üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev, tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Həsənov, şair-publisist Rövşən Qarabudaq, Beyləqan şəhər Tarix Diyarşunaslıq muzeyinin əməkdaşı Natiq Quliyev və AYB Beyləqan Bölməsinin məsul katibi, Prezident təqaüdlü şair Raquf Budaqlı çıxış ediblər.
İştirakçılara kitabçalar paylanıb, vidomateriallar maraqla izlənib, qarşlıqlı suallar cavablandırılıb.
Qeyd edək ki, 100 ədəd kitabça Beyləqan MKS-ə təqdim olunub.