media-videoedited
media-17580093981505950426_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Noyabrın 3-dən 5-dək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.

Mədəniyyət Nazirliyindən ERAmedia – ya bildirilib ki, tədbir Türkiyəin Antalya şəhərində təşkil olunacaq. Forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri və Azərbaycan Evləri ilə mədəniyyət xadimlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.

Proqramda panel sessiyaları və müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil ediləcək. Forum iştirakçıları, həmçinin, Antalya şəhərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabrın 1-dən 9-dək keçiriləcək “Mədəniyyət Yolu” Festivalında iştirak edəcəklər. Azərbaycan sözügedən festivalda fəxri qonaq statusunda təmsil olunacaq. Azərbaycan Mədəniyyət Elçiləri Forumunun hər il dünyanın müxtəlif bölgələrində təşkili planlaşdırılır.

Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri oktyabrın 1-dək https://culture.fillout.com/elchiler səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.

 


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər