Mədəniyyət naziri öz həmkarlarını xilas edən əməkdaşlar ilə görüşüb
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli güclü leysan yağışları nəticəsində Gəncə Dövlət Milli Dram Teatrının zirzəmisini su basarkən həmkarlarını xilas edən əməkdaşları ilə görüşüb.
Nazirlikdən ERAmedia– ya bildirilib ki, görüşdə Fuad Məmmədov, Murad Meyfaliyev, Asif Dadaşov, Fariz Zeynalov və teatrın direktoru Ədalət Hacıyev iştirak ediblər.
Nazir öz vəzifə borcunu layiqincə yerinə yetirən, həmçinin həmkarlarını təhlükəli vəziyyətdən xilas edən işçilərə təşəkkürünü bildirib.
Nazirə məlumat verilib ki, hazırda mədəniyyət ocağı öz fəaliyyətini ənənəvi qaydada davam etdirir.
Teatrın əməkdaşları göstərilən diqqətə görə nazirə minnətdarlıq ediblər.










