“Mədəniyyət Nazirliyi tərəfindən qorunur”
Facebook-da “Tac Xəbər” adlı istifadəçinin paylaşımı düqqətimizi çəkdi: – “Novxanıda yerləşən Şah Sultan Hüseyn məsçidi dağılır”. Və düqqətimizi paylaşıma yazılan bir status da çəkdi: – “Dağılıb tökülsə də, əsas məsələ odur ki, üstündə yazılıb: “Mədəniyyət Nazirliyi tərəfindən qorunur”.
Hər il dövlət büdcəsindən tarixi abidələrin qorunması və bərpası üçün milyonlarla vəsait ayrılır. Bu vəsait hansı qrafik üzrə necə xərclənir, hara xərclənir – bu, başqa bir mövzunun sualıdır. Ancaq, buna baxmayaraq ERAmedia olaraq Mədəniyyət Nazirliyinə ünvanlamaq üçün bizdə belə bir sual yarandı: “Hər gün divarından bir daş düşən tarixi abidə, Şah Sultan Hüseyn məsçidi Mədəniyyət Nazirliyi tərəfindən kimdən, nədən və necə qorunur?”
Mədəniyyət Nazirliyinin cavabını və mövqeini dərc etməyə hazırıq.
Tarixi abidələrlə bağlı mövzuya qayıdacağıq.
Qeyd edək ki, Şah Sultan Hüseyn məscidi Novxanı qəsəbəsində yerləşir. Məscid Səfəvi hökmdarı Şah Sultan Hüseynin göstərişi ilə XVII əsrdə inşa edilib.
Şah Sultan Hüseyn məscidi – Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən tarixi-memarlıq abidəsi. Məscid Novxanı kəndindəki nə vaxtsa tarixi yaşayış məskəninin mərkəzi olmuş, indi isə demək olar ki, başlı-başına qalmış qədim bir ərazidə yerləşir.
Məscid XX əsrin 30-cu illərində sovet hakimiyyəti tərəfindən bağlanıb. Baxımsızlıq üzündən uçulub. Müvafiq strukturlar məscidin bərpası ilə maraqlanmır.
Məscid yerli əhəmiyyətli tarixi abidələr siyahısına daxil olsa da, onun bərpası ücün heç bir iş görülmür.










