media-17905304053674511087_1200x630

Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət ediblər.

ERAmedia-ya Nazirlikdən bildirilib ki, kollektiv Zəfər abidəsinin önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildirib.

Müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü tamam oldu.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

media-17905304054390114427_1200x630

media-17905304051880537523_1200x630

media-17905304053708221568_1200x630


media-adspc

Bənzər xəbərlər