media-10-reasons-why-translation-is-important-in-mass-media-communication-768x566

media-577344060_122150023244741436_6542762841856913379_n

 

“Mədəniyyətin və düşüncənin əsas daşıyıcı olan dilin normalarına mediada riayət edilməsi sadəcə qrammatik və leksik dəqiqlik, üslub uyğunluğu ilə məhdudlaşmamalıdır. Medianın əsas vəzifəsi analizlərin anlaşılır olması, oxucunun, dinləyicinin, tamaşaçının verilən mesajı düzgün qavramasını təmin etməkdir”.

Bu fikirləri ERAmedia-ya açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova deyib.

Onun sözlərinə görə: “Bu vəzifəni həyata keçirərkən xəbərin oxunması yaxud verilişin tamaşaçının diqqətini cəlb etməsi üçün müəyyən elementlərdən istifadə edərkən diqqətli və seçici yanaşma tələb olunur. Çünki media həm də cəmiyyətin dil mədəniyyətinin qorunmasına xidmət etməlidir. Prezident İlham Əliyevin həm AMEA-nın yubileyində, həm də yerli telekanallara son müsahibəsində qeyd etdiyi mühüm məqamlar da dilimizin qorunmasının vacibliyini bir daha vurğulayır və bu məsələnin ali səviyyədə diqqətdə olduğunu göstərir”.

Elnarə Qaragözova dil normalarına yanaşma necə qorunur? sualını belə cavablandırıb.

“Bizim mediada dil normalarının qorunması redaktə, korrektə ilə yanaşı monitorinqlərlə də təmin olunur. Bu sırada Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün peşəkar təlimləri, layihələri diqqətəlayiqdir. Bir sıra nüfuzlu media orqanları öz peşəkar reputasiyalarını qorumaq üçün bu məsələyə xüsusi diqqət yetirirlər. Bizim oxucu, tamaşaçı, dinləyici də dilə həssasdır, peşəkar, yüksək standartı ilə seçilən mediada nəzərə çarpan cüzi səhv də dərhal diqqəti cəlb edir, xəbərin mənbəyinə etibarı azaldır.
Müasir dövrdə sosial şəbəkədə müxtəlif səviyyəli dil daşıyıcılarının öz kontentlərini sərbəst şəkildə, həm etik səviyyənin, eyni zamanda dil standartlarının pozulması ilə yayımlaması gənc nəslin ana dili qavrayışına çox böyük təsir göstərir. Bu baxımdan cənab prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərarı həm də dilimizin qorunması üçün mühüm addımdır”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər