Mədinə Sadıqova gümüş medal qazanıb
Azərbaycan karateçisi Mədinə Sadıqova Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi beynəlxalq turnirdə gümüş medal qazanıb.
ERAmedia xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı çıxış etdiyi 5 yarışda rəqiblərinə şans verməyib.
Həlledici mərhələdə iranlı karateçiyə kiçik fərqlə məğlub olan idmançımız ikinci yeri tutaraq gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edir. Bu mötəbər yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunur.









