media-img_3473
media-bant_master

Qələbəni ailəmə həsr edirəm, əsasən də anama. Onun mənim üzərimdə əməyi çoxdur.

ERAmedia xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxt Bratislava şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Məhəmməd Musayev ( 66 kiloqram) deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Daha əvvəl gənclər arasında Avropa çempionu olmuşdum. Amma bu titul bir başqadır. Final görüşü gərgin keçdi. Yalnız qələbə düşünürdüm. Qarşıda bizi Peruda təşkil olunacaq dünya çempionatı gözləyir. Orada da uğur əldə etmək istəyirəm”.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər