Məhəmməd Salah "Trabzonspor"da
Türkiyənin “Trabzonspor” klubu dünya futbolunun ulduzlarından biri olan Məhəmməd Salahla anlaşıb.
ERAmedia xəbər verir ki, Trabzon təmsilçisi uzun müddətdir gözlənilən transferi yekunlaşdırıb.
Məlumata görə, misirli hücumçu “Trabzonspor”la rəsmi müqaviləyə imza atıb.
Təcrübəli ulduzun sabah axşam saatlarında Trabzona gələcəyi gözlənilir. Məhəmməd Salahın yeni komandasında 11 nömrəli formanı geyinəcəyi bildirilir.










