Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi (DİN) birgə əməliyyat keçirib.
ERAmedia-ya DİN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.










