media-mehriban__1_

Bu gün Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib.

ERAmedia xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında paylaşım edib.

“Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!”, – paylaşımda deyilir.

Qeyd edək ki, 78 yaşlı Aleksandr Şarovski Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə alırdı.

O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

media-2026_09_09_6aa0f4dedb29e

 

 


media-adspc

Bənzər xəbərlər