media-714184665_3117379658445826_4608333974351692558_n
 Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
ERAmedia paylaşımı təqdim edir.
Hörmətli həmkarlar və əziz tələbələr!
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi, dövlətçiliyimizin xilası və davamlı inkişaf yolumuzun başlanğıcıdır. 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizdə ictimai-siyasi sabitliyin bərpasına, dövlət müstəqilliyinin qorunmasına və davamlı inkişaf strategiyasının formalaşmasına əsaslı zəmin yaratdı.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindəki Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası və beynəlxalq nüfuzumuzun artması məhz Milli Quruluş Konsepsiyasının bəhrəsidir.
Taleyüklü tarixi hadisələrin mahiyyətinin gənc nəslə düzgün çatdırılması, Ulu Öndərin dövlətçilik irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi bizim əsas vəzifələrimizdəndir. Təhsil və elm dövlətin inkişafında fundamental rol oynayır,
Təhsil və elm hər bir cəmiyyətin inkişafının fundamental əsası, milli şüurun və mənəvi dəyərlərin formalaşmasının başlıca mənbəyidir. Elmi potensialın artırılması, institusional inkişafın gücləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması bu gün qarşımızda duran ən mühüm vəzifələrdəndir.
Bu gün münasibətilə sizləri səmimi qəlbdən təbrik edirəm!
Hörmətlə, Rektor Nurəli Yusifbəyli
media-723015365_3129615157222276_3871276593133130352_n

media-adspc

Bənzər xəbərlər