Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi prosesinə başlanılır.
ERAmedia-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi iyulun 21-i saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında həyata keçiriləcək. Bakı şəhəri üzrə məktəb seçiminə həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da start veriləcək.
Qeydiyyat prosesi “mektebeqebul.edu.az” portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.
Bildirilib ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilir.










