media-ads-728x90
media-mektebli-formalarijpg-1723020354
media-ads-728x90

Orta məktəblərdə tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.

ERAmedia xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Qeyd edilib ki, vətəndaşlar Azərbaycanın şəhər və rayonlarında siyahı üzrə təqdim olunan istənilən satış məntəqələrinə müraciət edə bilərlər.

Bildirilib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib.


media-ads-728x90

Bənzər xəbərlər