media-2napffwxxouyhgth3ksp3cmonrbgr4tsyamepl07_1200

ABŞ-nin Kaliforniya ştatının Anahaym şəhərində keçirilən “Microsoft Office Specialist (MOS) World Championship” müsabiqəsinin qlobal final mərhələsində Azərbaycan komandası uğurlu nəticə göstərib.

ERAmedia xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Məlumata görə, 42 ölkədən 300-dən çox iştirakçının mübarizə apardığı yarışda Hüseyn Şükürov 6-cı, Nəzrin Miriyeva isə 9-cu yeri tutub.

Qeyd edək ki, “Microsoft Office Specialist (MOS) World Championship” dünyanın müxtəlif ölkələrindən şagird və tələbələrin Microsoft Office proqramlarından istifadə bacarıqlarının qiymətləndirildiyi beynəlxalq müsabiqədir.


media-adspc

Bənzər xəbərlər