media-hurricane_160309
media-bant_master

Karib hövzəsi ölkələrində “Melissa” qasırğasının keçidi zamanı 40-dan çox insan həlak olub.

ERAmedia bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təbii fəlakətin qurbanları Haitidən, Dominikan Respublikasından və Yamaykadan olan sakinlərdir. Nəşr qeyd edir ki, dağıntıların və uçqunların təmizlənməsi hələ də davam etdiyindən, həlak olanların sayı arta bilər.

Qasırğa adı çəkilən ölkələrin ərazisindən keçərkən Saffir-Simpson şkalası üzrə IV-V kateqoriyalı qasırğa kimi qiymətləndirilib. Onun episentrində küləyin maksimal sürəti saniyədə 82 metrə çatıb.

ABŞ-nin Milli Qasırğaları Müşahidə Mərkəzinin son məlumatına görə, “Melissa” Bahama adalarından keçərək Atlantik okeanının dərinliklərinə doğru hərəkət edir.


media-adspc

Bənzər xəbərlər