media-mbappe-celeb-real-madrid_qhksqkhg

DÇ-2026-da performansı ilə diqqət çəkən Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe maraqlı açıqlamalarla çıxış edib.

ERAmedia xarici mediaya istinadən xəbər verir ki, futbolçu bombardir olmaq barədə düşünmədiyini deyib.

“Mən bombardir olmaq barədə düşünmürəm. Mənim üçün ən vacibi komandanın güclü oyun nümayiş etdirməsidir ki, özümüzə inamımız daha da artsın. Dünya çempionatlarında həmişə qol vurmuşam, buna görə də narahat olmağa heç bir ehtiyac yoxdur. Əsas istəyim Fransa millisinin inkişaf etməsidir. Çünki sona qədər irəliləmək istəyiriksə, bizi hələ qarşıda çox ciddi sınaqlar gözləyir”, – deyə Mbappe vurğulayıb.

Fransız hücumçu argentinalı ulduz Messi ilə bombardirlik yarışı barədə suala da maraqlı cavab verib:

“Burada heç bir rəqabət yoxdur. Messi həmişə qol vurub və vurmağa da davam edəcək. Mən onun nə etdiyinə baxmıram. Yalnız öz komandama diqqət yetirirəm. Qol vurduqca həmin səviyyəyə yaxınlaşırsan, amma yenə təkrar edirəm, mənim üçün əsas məsələ Fransa millisinin inkişafıdır”.

Xatırladaq ki, Argentina millisinin kapitanı Lionel Messi Avstriyaya qarşı keçirilən matçda (2:0) iki qol vuraraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adını qazanıb. Mbappenin isə indiyədək mundiallarda vurduğu qolların sayı 16-ya çatır. Qeyd edək ki, hər iki komanda artıq pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.


media-adspc

Bənzər xəbərlər