media-fa1404d2-8156-40f5-b900-7d97fdd68faa

Mərakeş millisinin və Niderlandın PSV klubunun yarımmüdafiəçisi İsmayıl Saybari Almaniya çempionu “Bavariya”ya transfer olunub.

ERAmedia xəbər verir ki, klubun yaydığı məlumata görə, 25 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb. O, Münhen təmsilçisində 34 nömrəli forma ilə çıxış edəcək. Daha əvvəl transferin dəyərinin 55 milyon avro olduğu bildirilmişdi.

Saybari ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi 2026-cı il dünya çempionatında Mərakeş millisinin heyətində 4 matçda iştirak edib və 3 qola imza atıb.


media-adspc

Bənzər xəbərlər