media-genc-1

Dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb.

ERAmedia xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilir.

Ölənlərdən 21 yaşlı Elnurla 19 yaşlı Elmar qardaşdır.

Sosial şəbəkələrdə faciəvi şəkildə vəfat edən gənclərin ölümündən əvvəl çəkildiyi deyilən videoları yayılıb.

Sözügedən görüntüləri təqdim edirik:

 





media-adspc

Bənzər xəbərlər