media-rasim-balayev

Rayonlardan birində yaşayan aztəminatlı ailə uzun müddət torpaq sahəsi ilə bağlı hüquqi problem yaşayıb. Ailənin iddiasına görə, qonşu tərəfindən zəbt edilən ərazinin geri qaytarılması üçün müxtəlif yollarla çıxış yolu axtarılıb.

ERAmedia xəbər verir ki, ailə yaranmış problemin həllinə dəstək göstərməsi üçün tanınmış mərhum aktyor Rasim Balayevə müraciət edib. Sənətçi məsələ ilə maraqlanaraq şəxsi əlaqələrindən və nüfuzundan istifadə edib, ailənin torpaq sahəsinə dair hüququnun bərpasına köməklik göstərib.

Məlumata görə, Rasim Balayev bu dəstəyi hər hansı maddi qarşılıq gözləmədən göstərib. Onun bu addımı sənət fəaliyyətindən kənarda da insanlara yardım etməyə hazır olduğunu nümayiş etdirən nümunələrdən biri kimi qiymətləndirilir.

Rasim Balayev kimi sənət adamlarının ictimaiyyət arasında sevilməsində yalnız yaradıcılıqları deyil, şəxsi mövqeləri və insanlara münasibətləri də mühüm rol oynayır.

Mələk


media-adspc

Bənzər xəbərlər