Mərhum Xalq artistinin gənclik fotosu yayıldı
Sosial şəbəkələrdə Azərbaycanın mərhum Xalq artisti Şövkət Ələkbərovanın gənclik illərinə aid fotosu yayılıb.
ERAmedia xəbər verir ki, sənətkarın arxiv fotosu sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.
ERAmedia xəbər verir ki, fotoda Şövkət Ələkbərovanın gənclik illəri əks olunub.
Şəkildə sənətkarın özünəməxsus görünüşü və zərif obrazı diqqət çəkir.
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrindən olan Şövkət Ələkbərova özünəməxsus ifa tərzi və məlahətli səsi ilə musiqi tariximizdə silinməz iz qoyub. Onun ifa etdiyi mahnılar bu gün də dinləyicilər tərəfindən sevilir.
Sənətkarın yaradıcılığı və musiqi irsi Azərbaycan mədəniyyətinin dəyərli nümunələri sırasında yer alır. Gənclik fotosunun yayılması da görkəmli sənətkarın xatirəsinin yaşadıldığını bir daha göstərir.

Mələk Onur









