“Mərkəzi Asiya-Azərbaycan” Sammiti keçiriləcək
İyulun 30-dan avqustun 1-nə kimi Qırğızıstanın Çolpan-Ata şəhərində “Mərkəzi Asiya-Azərbaycan” Sammiti keçiriləcək.
ERAmedia xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözov yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, sammitdə qarşılıqlı əlaqələrin inkişafı və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.










