media-1618ee18-6499-4bc7-ae8e-856038e95c64
media-bant_master

“İndi bütün dünyanın gözü Mərkəzi Asiyadadır, Mərkəzi Asiyanın gözü isə Azərbaycanda. Bu təsadüfi deyil. Rusiyanın regionda nüfuzunun zəifləməsi ilə Avropa İttifaqı, ABŞ və Çin Mərkəzi Asiya uğrunda mübarizəyə başladı”.

Bu sözləri qlobal və regional miqyasda mövcud ictimai-siyasi düzəni ERAmedia-ya təhlil edən Siyasi şərhçi Araz XAN deyib.

O bilirib ki, “Bu mübarizə iki səbəbdən daha da qızışır. Birinci səbəb Orta Dəhlizin gündəmə gəlməsi ilə bağlıdır. Çin məhsullarının Qərb bazarlarına çıxarılması üçün Orta Dəhlizin əhəmiyyətinin ardığı bir vaxtda Mərkəzi Asiya dövlətləri ön plana çıxır. İkinci səbəb isə regionun təbii sərvətləridir. Məsələ burasındadır ki, həm Çin məhsullarını Orta Dəhliz vasitəsilə Qərb bazarlarına çıxarmaq üçün, həm də regionun təbii sərvətlərini, xüsusilə karbohidrogen ehtiyyatları və uranın daşınmnası üçün Azərbaycan kilid mövqedə yerləşir.

Yəni indi Azərbaycan həm Qərb üçün Mərkəzi Asiyanın giriş qapısıdır, həm də regiondan məhsulların çıxış imkanıdır. Belə bir vaxtda Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması böyük əhəmiyyətə malikdir. Bu təbii ki, Azərbaycan Prezidentinin apardığı səmimi siyasətin nəticəsidir. Prezident İlham Əliyev Mərkəzi Asiyadakı qardaş dövlətlərin niyətini anlayır və onlar səmimi dəstəyini təklif edir. Bu isə Xəzərin şərq sahilində yüksək qiymətləndirilir. Bu beş Mərkəzi Asiya dövləti üstəgəl Azərbaycan formatını meydana çıxarır. Bu format regionda marağı olan ABŞ, Avropa İttifaqı və Çin də dəstəkləyir” deyə Araz Xan əlavə edib.


media-adspc

Bənzər xəbərlər